Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Rihanna və Leonardo DiKaprio eşq yaşayır

25-02-2015


     Pop ulduz Rihanna ad gününü aktyor Leonardo DiKaprio ilə keçirib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni 27 yaşını bir müddətdir sevgili olduqları deyilən aktyorun təşkil etdiyi qonaqlıqda qeyd edib. Gecədə Mİk Caqqer, Naomi Kempbell, Paris Hilton, Cey Zi, Beyons, Cim Kerri və başqa ulduzlar iştirak edib. Ad günündə Rihanna və Leonardo hətta rəqs edib, mahnı oxuyublar. Bu arada barbadoslu sənətçinin keçmiş sevgilisi müğənni Kris Braun Rihanna və DiKaprio arasındakı sevgi münasibəti haqda fikrini bildirib: "Mən onun şəxsi həyatına hörmət edirəm. Gəzən söz-söhbəti eşitmişəm. Əgər elədirsə, irəliyə doğru atılmış addımdır". Xatırladaq ki, Qərb mediası iki məşhur ulduzun ilin əvvəlindən eşq yaşadığını iddia edir

.    Təhsili ilə bağlı "Victoria’s Secret"dən ayrılmağa hazırlaşan model Karli Kloss qeyri-adi fotosessiya edib. Karli "V Magazine" jurnalı üçün fotokamera qarşısına çıxıb. O, "Blood and Rose" ("Qan və qızılgül") adlanan fotosessiyada maraqlı geyim və üslubdan istifadə edib.

     Türkiyədə küçə heyvanlarının müdafiəsi üçün dərnək açılıb. Heyvan haqlarının qorunması üçün Türkiyənin meqastarı Tarkan da öz dəstəyini videokilplə bildirib.

     “Oskar”lı aktrisa Cennifer Lourensin makiyajsız halı paparatsilərin gözündən qaçmayıb. “Aclıq oyunları” filminin ulduzu qarlı havadan istifadə edərək iti ilə gəzintiyə çıxıb. Ancaq hava şaxtalı olduğundan aktrisa itini yerə qoymağa qıymayıb və bütün gəzinti boyu qucağında gəzdirib. Paparatsilərin diqqətini isə əsasən 24 yaşlı Lourensin makiyajsız halı ilə də gözəl görünməyi çəkib. Qeyd edək ki, amerikalı aktrisa Cennifer Lourens uzun müddətdir ki, “Dior” brendinin simasıdır.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

615 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti