Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarov “Ən seksual kişi” seçild

24-02-2015


   Rusiyada “Zvukovaya dorojka MK – 40” (“Musiqili xalça”) adlı mükafatlandırma mərasimi keçirilib. Moskvanın Kreml Sarayında baş tutan gecədə həmyerlimiz, müğənni-bəstəkar Emin də mükafatlandırılıb. O, “Sexy M” və ya “Ən seksual kişi” nominasiyasında mükafata layiq görülüb. Emin yarışmada üç nominasiyada təmsil olunurdu: “İlin müğənnisi”, “İlin dueti” (Svetlana Loboda ilə oxuduğu “Smotriş v nebo”) və “Sexy M”. Gecədə eyni zamanda müsabiqənin 40 illik yubileyi də qeyd olunub. İlk dəfə “Zvukovoya dorojka”da yer alan ifaçı onu bu mükafata layiq görənlərə təşəkkür edib.

   Müğənni Zamiq Hüseynov “Bir nəfərlik bilet” mahnısına çəkdirdiyi klipini təqdim edib. Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Fərhad Əlidir. Sözləri MC Murada, musiqisi Emin Kərimiyə aid olan mahnının klipində Z.Hüseynov şəxsi həyatını əks etdirdiyini bildirib. İfaçı “Klip studiyada çəkilib. Dekorasiya qurulub. Burada mənim şəxsi həyatım əks olunub. Ekran işində heç bir xanım rol almır” deyə, əlavə edib.

    Müğənni Xəyyam Nisanov Rusiyada baş tutan toy mərasimlərindən danışıb. O,açıqlamasında bir çox əcnəbi məşhurlarla məclislərdə eyni səhnəni paylaşdığını deyib: “Rusiya toylarında tez-tez oluram. Rusiyalı müğənnilər də toylarda Azərbaycan mahnıları oxuyurlar. Filipp Kirkorov Eyyub Yaqubovun “Kim bilir?”, Nikolay Baskov isə Polad Bülbüloğlunun repertuarındakı “Gəl ey səhər” mahnılarını səsləndirirlər. Ümumiyyətlə, onların toy repertuarlarında bizim mahnılarımız yer alır”.

    Müğənni Emil Bədəlov rəqs edərkən çəkdirdiyi videonu sosial şəbəkədə paylaşıb. Sənətçinin şıdırğı rəqsi diqqət çəkib.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

780 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti