Səmra Rəhimli trendə qoşuldu - foto
Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni

Facebook instagram Twitter Youtube
ULDUZ

Ledi Qaqa gülüş obyektinə çevrildi

24-02-2015


     “Oskar-2015” mükafatlandırma mərasiminə ağ uzun libas və qırmızı əlcəklərlə qatılan Ledi Qaqa gülüş obyektinə çevrilib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri sənətçini lağa qoyublar. Belə ki, L.Qaqanın paltarına uyğunlaşdırmağa çalışdığı aksesuarı mətbəxdə qab-qacaq yumaq üçün istifadə edilən əlcəklərə bənzədilib. İstifadəçilər hətta fotomontaj yolu ilə müğənnini mətbəxdə təsvir ediblər.

    "Barselona"nın futbolçuları Lionel Messi və Jerard Pike azarkeşləri hiddətləndirəcək hərəkət ediblər. Onlar İspaniya La Liqasının 24-cü turunda "Malaqa"ya uduzduqları (0:1) oyundan bir gün sonra-dünən Barselonadakı kazinolardan birinə gediblər. Messi və Pike orada "Barselona"dan sabiq komanda yoldaşları olan, hazırda "Çelsi"də oynayan Sesk Fabreqasla görüşüblər və birgə əyləniblər. Hər üç futbolçunun gecə saatlarında kazinonu tərk edərkən şəkilləri çəkilib. İspaniya mətbuatı Messi və Pikenin məğlubiyyətdən sonra əylənməsini tənqid edib. "Real"a yaxın qəzetlər isə yazıb ki, Messi və Pikenin bu hərəkəti "Atletiko"ya məğlubiyəttdən sonra ad gününü qeyd edən Kriştiano Ronaldo ilə müqayisədə daha az tənqid edilib.

     Ötən gün “Mars Sinemalar”ın sahibi, keçmiş sevgilisi Müzəffər Yıldırımla görüntülənən aktrisa Serenay Sarıkaya mükafatlandırma mərasimlərinin birində obyektivlərə tuş gəlib. “Ən yaxşı aktrisa” mükafatını alan S.Sarıkaya jurnalistlərin suallarını cavablandırıb. O, M.Yıldırımla aralarında eşq olmadığını deyib: “Müzəffər köhnə dostumdur. Aramızda sevgi münasibəti yoxdur”. Qeyd edək ki, mükafatlandırma gecəsinə bir vaxtlar Serenayla sevgili olan aktyor Çağatay Ulusoy da qatılıb. O, tədbirə aktrisadan sonra gələrək məkanı tez tərk edib.

     Ötən il boşanan serbiyalı modelyer İvana Sərt və türkiyəli iş adamı Yurdal Sərt oğulları Atəş üçün bir araya gəliblər. Uzun müddət qalmaqallı boşanma prosesi ilə yadda qalan cütlük səmimi görüntülərlə diqqət çəkib. İvana ilə Yurdal Atəşlə bir qədər gəzdikdən sonra dodaq-dodağa öpüşərək vidalaşıblar.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

600 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral










22 Fevral