Repçi altı saata 1 milyon dollar qazandı - foto
Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Oksana keçmiş həyat yoldaşını sevmir

08-03-2021


Rəqqasə-aktrisa Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə ayrılıqlarının əsl səbəbindən bəhs edib.

Mtv.az xəbər verir ki, o, ifaçını heç vaxt sevmədiyini etiraf edib:

"Son 3 ildə qarşıma çıxmayıb, heç çıxmasın da. Həyatımda yaşanıb deyə, hər dəfə ondan sual verilməlidir? İndi başqa ailəm, uşağım var. Onun haqqında sualın yeri yoxdur.

Elşad Xose haqda heç nə danışmaq istəmirəm. Yetərincə əziyyət çəkmişəm. Əziyyətin həddi-hüdudu var və mən bir gün anladım ki, ora çatdım. Başa düşdüm ki, əziyyətim boşa getdi. Anladım ki, ona artıq nə sevgi, nə başqa bir şey verə biləcəm. Biz fərqli insanlarıq, ayrı yollar gedirik. Biz məcbur yollarımızı kəsişdirmişik. Elə anlamışıq ki, sevirik bir-birimizi. İndi başa düşürəm, onu sevməmişəm. Sadəcə, mərhəmət hissi olub.

Onunla ayrılqıdan sonra stress keçirdim, 2 il yarım depressiyaya düşdüm. Tamamilə məhv olmuşdum... Getdim psixoloq yanına. 16 il övladım olmadı, müalicələr alırdım. Psixoloq dedi, ürəyində o qədər uşaq istəmək hissi var ki, onu yönəltmisən başqasına. Başlamısan həmin insana qayğı göstərməyə. İndi bu insan beynimdən, qəlbimdən və ruhumdan çıxıb".

22 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel




















10 Aprel