ULDUZ
Murad Boz örnək davranış etdi
08-03-2021

Müğənni Murad Boz sosial media səhifəsində etdiyi paylaşımı ilə izləyicilərindən yardım istəyib.
Mtv.az xəbər verir ki, martın 7-də 41 yaşını qeyd edəcək Murad fanatlarından ad gününə hədiyyəsi yerinə TEMA müəssisəsinə (Türkiyə ağacları və təbii sərvətləri qoruma müəssisəsi) kiçik ağac fidanları bağışlamalarını istəyib.
O, bununla bağlı paylaşımında yazıb: “Ad günümdə TEMA müəssisəsinə bağışlayacağınız hər bir ağac fidanı mənə ən gözəl hədiyyə olacaq”.
32 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
10 Aprel