Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

“Oskar” mükafatı sahiblərinə təqdim olundu

23-02-2015


    Los-Ancelesdə baş tutan 87-ci “Oskar” mükafatlandırma mərasiminin qalibləri bəlli olub. “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi” və “Ən orijinal ssenari” nominasiyaları üzrə mükafatlara Alexandro Qonsales İnyarritunun “Bördman” (“Birdman”) komediya filmi layiq görülüb. Ues Andersonun “Qrand Budapeşt” oteli” filmi isə dörd mükafat alıb. “Ən yaxşı aktyor” Eddi Redmeyn (“Stiven Hokinqin kainatı”), “Ən yaxşı aktrisa” Culiann Mur (“Hələ də Alis”) seçilib. “Oskar-2015”in digər qaliblərinin siyahısı belədir:

İkinci planda ən yaxşı kişi rolu – C.K.Simmons, “Tutulma”, (“Whiplash”)

İkinci planda ən yaxşı qadın rolu – Patrisiya Arkett, “Yeniyetməlik” (“Boyhood”)

Xarici dildə ən yaxşı film – “İda” (Polşa)

Ən orijinal ssenari – “Birdman”

Ən yaxşı dizayn olunmuş kostyumlar – “Qrand Budapeşt” oteli” (“The Grand Budapest Hotel”)

Ən yaxşı animasiya filmi – “Qəhrəmanlar şəhəri” (“Big hero”)

Ən yaxşı sənədli film – “Vətəndaş dörd” (“Citizen four”)

Ən yaxşı qısametrajlı film – “Telefon zəngi” (“The Phone Call”)

Ən yaxşı qısametrajlı animasiya filmi – “Menyu” (“Menu”)

Ən yaxşı səs – “Tutulma” Ən yaxşı mahnı – “Selma”, Glory

Ən yaxşı soundtrek – “Qrand Budapeşt” oteli”

    Dünyaca məşhur müğənni Cennifer Lopez keçmiş əri Mark Entoni ilə bir araya gəlib. Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bir müddət əvvəl boşanan cütlüyün görüşməsinə səbəb övladları Emma və Maksın ad günü mərasimi olub. Onlar uşaqlarının ayrılmalarından təsirlənməyini istəmədiklərini və buna görə də tez-tez görüşdüklərini bildiriblər. Gecədə Cenniferin atası da iştirak edib.

    Dünyaca məşhur model Adriana Lima bir kosmetik firmasının reklamında çəkilmək üçün İstanbula gedib. Günəşli havaya aldanan modelin geyimi başına oyun açıb. Üşüməyə başlayan model çəkilişləri yarımçıq saxlayıb. Meydançaya gətirilən isidicilərin qarşısına keçən Lima bir az keçdikdən sonra çəkilişlərə davam edib. Daha sonra media nümayəndələri ilə görüşən Adriana sualları cavablandırıb, Türkiyə ilə bağlı təəssüratlarını bölüşüb: "Türkiyə mənim üçün özəl ölkələrdən biridir. İnsanları hər zaman mehriban və qonaqpərvərdilər. Özümü evimə gəlmiş kimi hiss etdim. Reklamı sizin də bəyənəcəyinizi düşünürəm. Ümid edirəm gələn il yenidən bura gəlib, daha bir reklamda yer alaram".

    Türkiyəli müğənni Demet Akalın başında şiş tapılan qızı Hiranın müalicəsini davam etdirir. Eyni xəstəliyi daşıyan körpələrə yardım etdiyini deyən ifaçı xeyirxahlığını qızına borclu olduğunu bildirib: “Hiranın xəstəliyini öyrənəndə əsəb sarsıntısı keçirdim. Günlərlə ağladım. İndi isə həmin xəstəliyin daşıyıcıları olan uşaqlara kömək edirəm. Bu qədər kövrək qəlbim olduğunu bilmirdim. Qızım məni yaxşı insan etdi”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

581 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti