Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin həftəsonu istirahətini əkizləri ilə keçirdi

23-02-2015


     Müğənni-bəstəkar Emin həftəsonu istirahətini əkizləri ilə Rusiyada keçirib. Axşam.az-ın məlumatına görə, sahibi olduğu “Agalarov Estate Golf Club”da dincələn ifaçı Əli və Mikayılla çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

     Müğənni Xatirə İslam və Röya Ayxanın illər əvvəl çəkilən fotosu yayılıb. Axşam.az-ın məlumatına görə, şəkli X.İslam sosial şəbəkədə paylaşıb. O, fotoya “2005-ci il, Dubay. Xoş günlər, dostluq” şərhini yazıb. Şəkildə stilist Anar Malik də yer alıb.

     Müğənni Samir Cavadzadə evlənmək həvəsinə düşüb. Ailə qurmaq istəyən sənətçi bu barədə açıqlamasında bildirib. "Hələ ki, subaylıqdır. Anama demişəm ki, qız axtarsın. Amma razı deyil. Deyir ki, qarışa bilmərəm. Sonra yola getməzsən, üstümə düşərsən. Çox vaxt zarafatyana anama deyirəm ki, sənə afrikalı qız alacam. Bir-birinizi başa düşməzsiniz. Dedi-qodular da az olar.

    Meyxanaçı Namiq Qaraçuxurlu yazdığı mahnıları sənət dostlarına vermək qərarına gəlib. Sənətçi siyahıda ilk xalq artisti Brilliant Dadaşovanın olduğunu deyib: “Qərara gəlmişəm ki, müəyyən mahnılarımı başqa sənətçilərə verim. Sırada birinci Brilliant Dadaşovadır. Aramızda danışıq olub. Böyük sənətkardır. Ona mahnı yazmaq məsuliyyətdir. Buna görə narahatam. Fikirləşirəm ki, yaxşı əsər verim, bəyənsin”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

528 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral