ULDUZ
"Elza məni təhqir etdi" - müğənni
04-03-2021

Müğənni Türkan Vəlizadə Əməkdar artist Elza Seyidcahanın tənqidlərinə cavab verib. Mtv.az xəbər verir ki, sənətçi teleproqramın birində Seyidcahanın onu təhqir etdiyini bildirib: "Deyir ki, Türkan və Pərvizə qulaq asmıram. Amma sonra başladı bizim mahnını zümzümə etdi. Deməli, siz bizə qulaq asırsınız. Onun dediklərini eşitməməzlikdən gəlirik. Elza və digər sənətçilər var ki, bizi təhqir edirlər. Böyükdürlər, cavab vermirik. Həm də öz tamaşaçılarımıza hörmətsizlik etmək istəmirik. Onların ixtiyarı yoxdur bizim tamaşaçıları təhqir etsinlər". Xatırladaq ki, E.Seyidcahan "Məni öldürmək istəyirsinizsə, bir otağa salıb Türkan, Pərviz Bülbülə, damla və Şəbnəm Tovuzlunun mahnılarını səsləndirin" sözlərini demişdi.
44 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
10 Aprel