Repçi altı saata 1 milyon dollar qazandı - foto
Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Stress repçinin çəkisinə təsir gösətərib

03-03-2021


Amerika repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) yaxın 6 ay ərzində musiqi yazmayacağını və "İnstaqram"dan istifadə etməyəcəyini açıqlayıb.

Mtv.az xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə məlumat verib.

O bildirib ki, son vaxtlar çox stress yaşayıb və bu onun çəkisinə böyük təsir gösətərib: "Uzaqlaşmağımın əsl səbəbi odur ki, sentyabrda 92,5 kiloqrama qədər kökəlmişdim. Çox pis şeylər yaşadım və durmadan yeməyə başladım. Qərar verdim ki, bir müddət musiqini kənara qoyub, özümlə məşğul olum. Artıq 27 kiloqram arıqlamışam".

Xatırladaq ki, repçi 2019-cu ilin dekabrında quldur dəstəsi tərəfindən törədilmiş cinayət əməllərinə görə günahlandırılıb. 47 ilədək həbs cəzası alacağı gözlənilən musiqiçi 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu. “Tekashi 6ix9ine” 2020-ci ilin aprelində koronavirusa yoluxma təhlükəsi səbəbiylə vaxtından əvvəl həbsxanadan azad edilib. Astma xəstəsi olan repçi qalan cəza müddətini iyulun 31-nə qədər ev dustağı kimi çəkəcək.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel




















10 Aprel