Aktrisa filmə çəkilməyə hazırlaşır
Elton Con səhnə ilə vidalaşır
Səhnədə gözləri bağlı oxuyur - foto
Seda Sayan “O səs Türkiyə”dən getdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova: “Mən bir insana aid ola bilmərəm”

21-02-2015


   Xalq artisti Aygün Kazımova sevdiyi insanın olmadığını deyib. Müğənni bu haqda açıqlamasında danışıb: “Həyatımda heç kim yoxdur. Bu, çox yaxşı haldır. Özümü bütünlüklə yaradıcılığıma həsr etmişəm. Sevgi haqda düşünmürəm. Ətrafımı sevgilər əhatə edir. Onlara hörmətlə yanaşıram. Məni çox adam sevsin, amma mən bir insana aid ola bilmərəm. Düzdür, bu sözləri illərdir deyirəm. Bir müddət keçir, yenidən aşiq oluram”.
   "O səs Türkiyə"nin qalibi, Azərbaycanlı müğənni Elnur Hüseynov Kanal D-nin məşhur proqramı "Beyaz Show"da qonaq olub. Axşam.az-ın məlumatına görə, Elnur tamaşaçıların alqışları altında proqrama gəlib. O, Azərbaycana, Türkiyəyə, və orda yaşayan azərbaycanlılara təşəkkürünü bildirib. Elnur aparıcı Beyazit Öztürkün suallarını cavablandıraraq gələcək planları haqda danışıb: "Azərbaycanda cazmen İsfar Sarabskiynen albom üçün ingilis dilində 7-8 mahnı hazırlayırıq. Eyni zamanda tərzimə uyğun türk mahnıları da oxuyacağam". Daha sonra həmyerlimiz ingiliscə bir caz parçası səsləndirib. E.Hüseynov proqramın sonuna qədər digər qonaqlarla bir yerdə maraqlı söhbətlər edib.
    Aşıq Samirə və "Qala" qrupunun solisti Ceyhun Əliyev "Xoşbəxt oluram" adlı mahnıya çəkdirdiyi klipi təqdim edib. Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Anar Süleymanova, musiqisi Ceyhun Əliyevə aiddir. Ekran işinin rejissoru Deleedir.
    Müğənni Günay İbrahimli İnstaqram səhifəsində izlədiyi bütün dostlarını silib. Sənətçi bunun səbəbini belə izah edib: “İzlədiyim 400-dən çox insana və məni izləyən 209 min sevənimə çox hörmətim var. Amma yalandan, nəyinsə xatirinə bir-birimizi izləməyək. Qoyduğum şəkilləri izlədiyim dostlarımın bəyənməməsi demək ki, bəzi aqressiyaya səbəbdir. Mən müğənniyəm və xalqa məxsusam. Məni sevənlər sevəcək. Bu istək qarşılıqlıdır. Yalançı dostlardansa, virtualda tanımadığım insanlar əziz olur. Bundan sonra İnstaqramda əsl dostlarımı izləyəcəm. Hər kəsə uğurlar”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

656 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


































4 İyun