ULDUZ
Elton qalmaqallı açıqlama verdi
25-02-2021

Müğənni Elton Hüseynəliyev şou-bizneslə bağlı qalmaqallı açıqlama verib.
Mtv.az xəbər verir ki, sənətçi "Şou-biznes kişilərinin ən mənfi cəhəti" sualına belə cavab verib: "Şou-biznesdə kişi azdı. Birliyimiz yoxdur".
Elton daha sonra sənət adamlarının mənfi xüsusiyyətlərindən danışıb: "Zamiq Hüseynovla yola çıxmısansa, o, deyən olmalıdır. Kaprizlidir. Deyirsən ki, saxla, yemək yeyim, imkan vermir. Natavan Həbibinin isə mənfi cəhəti odur ki, yeməyi yoxdur. Kərim Abbasov çox reaksiya verəndir. Təranə Səmədova ilə qalmaqalında o dərəcədə danışmasaydı yaxşı olardı. Səidə Sultana isə məsləhət görərdim ki, qalmaqallara qarışmasın. Onun qəşəng səsi var, sənətlə məşğul olsun".
32 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
10 Aprel