Repçi altı saata 1 milyon dollar qazandı - foto
Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Çox sadəlövhəm, insanları tanıya bilmirəm..."

25-02-2021


"Yeniyetmə vaxtımda xəyal edirdim ki, iki qız, iki oğlan övladım olsun. Arada Rövşən deyir ki, evlənməmişdən əvvəl 6 uşaq istəməyim barədə danışmışam. Dörd övladımı dayəsiz böyütmüşəm. Anama, qayınanama təşəkkür edirəm. Rövşən də mənim sağ əlimdir. İndi məzuniyyətdədir. Dekabrın səkkizi evə gəldi, bizə virus saldı. Hamımız xəstələndik. Bütün dekabr boyu evdə xəstə yatdıq. Əvvəlcə xəstəlik səbəbindən, sonra isə məzuniyyətə görə evdədir".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib.

Sənətçi bəstəkar Məryəm Əlibəylinin suallarını cavablandıraraq, həyat yoldaşı Rövşən Cahangirovdan danışıb. O bildirib ki, Vətən müharibəsində iştirak edən həyat yoldaşının onlara virus saldığını deyib: "Əvvəl gərgin, əsəbi idi. İndi hiss edirəm ki, uşaqları ilə maksimum dərəcədə vaxt keçirir. Onu kənardan izləyirəm, uşaqlarla vaxt keçirməklə stress atır. Axşam evə gəlirəm, elə bil "bomba" atıblar. Evin qulluqçusu özüməm, gəlib təmizləyirəm.

Əvvəl uşaqlarda səmimilik, doğmalıq var idi. Yaxşı oyunlar oynayardıq. İndi doğmalıq yox dərəcəsindədir. Uşaqlar elə bil cəmiyyətdən uzaqlaşıblar. Hər kəs öz işi ilə məşğul olur. Amma mənim övladlarım belə deyil. Böyük qız və oğlanda telefon var. Səbəbi də dərs oxumaq üçün lazım olur. Sözlərimə çox vaxt qulaq asmırlar.

Çox sadəlövhəm, insanları tanıya bilmirəm. Başqası üçün çox şey deyirəm, özümə gələndə ayırd edə bilmirəm. İnanclara inanıram. 3-4 aydan bir yuxu görürəm. Görəndə də konkret orada informasiya var. Bir növ öncədən məlumatım olur".

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel




















10 Aprel