"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır
Günel onu tənqid edənləri aşağıladı

Facebook instagram Twitter Youtube
ULDUZ

“Qanlı Yanvar” filminin Türkiyədə qala gecəsi keçiriləcək

20-02-2015


    Rejissorluğunu Vahid Mustafayevin etdiyi “Qanlı Yanvar” filminin Türkiyədə qala gecəsi keçiriləcək. Axşam.az-ın məlumatına görə, təqdimat mərasimi fevralın 26-da baş tutacaq. 1990-cı il 20 Yanvar hadisəsindən bəhs edən “Qanlı Yanvar”da türkiyəli aktrisa Nəbahat Çəhrə, məşhur amerikalı kinoulduz Leyn Devis çəkiliblər.

    Xalq artisti Rəmiş müğənni Röyan Ayxanı tərifləyib. Gitara ifaçısı sənətçinin geyimini tənqid edənləri qınayıb: “Xaricdə bizim müğənniləri tanıtmaq üçün milyarder oğlan lazımdır. Bizimkilər beş-üç manatla gedirlər. Amma Röyanı bütün Türkiyə tanıyır, onu çox sevirlər. Onun başına and içirlər. Sənəti böyükdür. Özünü ləzzətli aparır. Verilişə kalqotkayla gəlib, yaxşı edib. Heç kimin şəxsi işinə qarışmağa ixtiyarımız yoxdur. Röya ilə ailə qurmayacağıq ki... Mahnısını oxuyur, biz də qulaq asırıq".

     Müğənni Ayan Babakişiyeva qızı Selena ilə fotosunu paylaşıb. İfaçı övladı ilə bağlı təəssüratlarını bölüşüb: “Mənim ürəyim, həyatım... Elə bilirəm ki, sən həmişə mənimlə olmusan. Bu vaxta qədər sənsiz necə yaşaya bilmişəm? Qızım, Allah səni xoşbəxt etsin”. Qeyd edək ki, martda sənətçinin qızının 1 yaşı olacaq.

    Müğənni Elton Hüseynəliyev “O səs Türkiyə”yə qatılmaq arzusuna düşüb. İfaçı bu haqda açıqlamasında bildirib: “Mən də istəyərdim yarışmaya qatılım, qazanım. Elnur Hüseynovun böyük səsi var, birinciliyə layiq idi. Onun və ya başqa ifaçının “O səs Türkiyə”yə qatılmasında eyib heç nə yoxdur. Harda imkan varsa, istedadı orada göstərmək lazımdır. Bu yaxınlarda Pətək Dinçözlə eyni verilişdə qonaq olduq. Bir neçə türk mahnısı oxudum, Pətək təəccübləndi. Dedim ki, burada heç nə yoxdur axı, biz həmişə sizin mahnıları səsləndirirk”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

694 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May






















25 May