Aktrisa filmə çəkilməyə hazırlaşır
Elton Con səhnə ilə vidalaşır
Səhnədə gözləri bağlı oxuyur - foto
Seda Sayan “O səs Türkiyə”dən getdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Brilliant Dadaşova: “Axı mən həmişə çirkin olmuşam”

19-02-2015


   Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın yeni fotosunu paylaşıb. Axşam.az-ın məlumatına görə, müğənni övladının ünvanına təriflər yağdırıb: “Axı mən həmişə çirkin olmuşam. Bu yaraşıqlı oğlanı necə doğmuşam?”. Qeyd edək ki, B.Dadaşovanın oğlu hazırda təhsili ilə bağlı Türkiyədə yaşayır.

    Əməkdar artist Lalə Məmmədova “Səni çox sevirəm” adlı yeni mahnısını təqdim edib. Sözləri Baba Vəziroğluna, musiqisi Faiq Sücəddinova aid olan bəstənin aranjimanını Eldar Məmmədov edib. Yeni mahnısı ilə bağlı təəssüratlarını bölüşən L.Məmmədova “Zamana, şəraitə yenilməyən, sınmayan sevgilərin şərəfinə. Hər zaman sevib, sevilməyinizi diləyirəm” deyə, bildirib.

    Hər zaman zarafatları ilə seçilən Rüfət Axundov bu dəfə tam ciddi olaraq həmkarı Əlikram Bayramovu dəstəkləyib. Açıqlamada Rüfət Əlikramın "Xanım dilin uzadanda sillələmək lazımdır. Arada arvadı döymək normaldır. Görürəm yoldaşım sözümə qulaq asmır, sillə vururam, döyürəm” sözlərinə bəraət qazandırıb: “Bilirsiniz, əlbəttə qadına əl qaldırmaq yaxşı şey deyil. Lakin o, sözlə həyat yoldaşını anlamırsa, onda kişınin başqa cıxış yolu qalmır. Qadın dilindən silah kimi istifadə edirsə, o zaman kişi də qolundan istifadə etməlidir. Necə ki, balaca uşağa hərdən qulaqburması vermək lazım gəlirsə, qadının da dilini burmaq üçün ona “əl gəzdirmək” olar fikrimcə və burada heç bir problem görmürəm. Əsas odur ki, çalışasan ailən dağılmasın, bu da onu qorumağın bir üsuludur”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

619 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


































4 İyun