Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
ULDUZ

Elnur “O səs Türkiyə”nin qalibi oldu

19-02-2015


   “O səs Türkiyə” yarışmasının final mərhələsi reallaşıb. 4 iştirakçının mübarizə apardığı gecədə həmyerlimiz Elnur Hüseynov da öz çıxışları ilə böyük səs-küy doğurub. O, gecədə ilk olaraq "O Sole Mio" opera parçasını səsləndirib.  Daha sonra 4 yarışmaçının olduğu final mərhələsinin birinci pilləsi yekunlaşıb və Elnur son üçlüyə qalıb.  Fərqli ifası ilə seçilən Hüseynov yarışmaya qatıldığı gün səsləndirdiyi  "Aşk" mahnısı və "Latch"ı oxudu və növbəti pilləni də uğurla başa vurub. “Aşk” mahnısını ikinci dəfə ifa edən Elnur Hüseynov digər iştirakçı Aslan Kaya ilə son dəfə xalq səsverməsinə çıxıb. Müğənni Ebru Gündeşin komandasında mübarizə aparan həmyerlimiz səs çoxluğu ilə gecənin qalibi olub. Qeyd edək ki, Elnur Hüseynov müğənni Ebru Gündəşin komandasında mübarizə aparırdı. Acun İlıcalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıb. Daha sonra  “O səs Türkiyə”də birinciliyi qazanan həmyerlimiz Elnur Hüseynov populyar “3 Adam” verilişində qonaq oldu  və ona dəstək olan hər kəsə təşəkkür edib.

 

Çinarə Nurməmmədova

 

Muz-Tv.az

685 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
























25 May