Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
ULDUZ

Rihannadan qeyri-adi fotosessiya

18-02-2015


    26 yaşlı barbadoslu müğənni Rihanna “Another” jurnalı üçün fotosessiya etdirib. Axşam.az-ın məlumatına görə, ağ-qara şəkillərdə ifaçı maraqlı geyimlərdə və qeyri-adi ayaqqabıda olub. Müxtəlif dizaynerlərin libaslarında poz verən Rihannanın ayaqqabısı “Alexander McQueen” brendinə məxsusdur.
    İngiltərənin ən reytinqli radiosu Madonnanın mahnılarına qadağa qoyub. Ən çox dinlənilən “BBC Radio-1” qəribə addım atıb. Radiodan verilən açıqlamada 56 yaşlı pop ulduzun mahnılarının artıq dinlənilmədiyini, gənclərin zövqlərinə uyğun olmadığını bildirib. Onlar bu səbəbdən Madonnanın mahnılarına qadağa qoyub.
    Peşəkar moda fotoqrafı Mario Testino "İnstaqram"da yeni bir kampaniyaya başlayıb. 60 yaşlı fotoqraf əməkdaşlıq etdiyi məşhur modellərin, film ulduzlarının hamam dəsmalı və geyimi ilə olan fotolarını izləyicilərlə paylaşıb. O, bu haqda "Ulduzları öz gördüyüm kimi təqdim etmək istəyirəm" deyib. M.Testinonun bu seriyasında Andrea Diakonu, Aurelien Lukas, Kara Delevin, Freya Beha, Jizel Bündhen, İrina Şeyk, Keyt Apton, Kira Naytli və digər məşhurlar iştirak edib.
    Türkiyəli müğənni Gökhan Özen ikinci dəfə ata olacaq. İfaçının xanımı Selen Özen hamilədir. Cütlüyün qızı dünyaya gələcək. Gökhan jurnalistlərə açıqlamasında xəbəri eşidəndə çox sevindiyini deyib: “Həmişə geniş ailəmin olmasını arzulayırdım. Allah da ürəyimə görə verdi”. Qeyd edək ki, Gökhan-Selen Özen cütlüyünün 3 yaşlı Ada Deren adlı bir qızı da var.

Əhəd Miriyev

 

Muz-Tv.az

696 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May