Aktrisa filmə çəkilməyə hazırlaşır
Elton Con səhnə ilə vidalaşır
Səhnədə gözləri bağlı oxuyur - foto
Seda Sayan “O səs Türkiyə”dən getdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Ledi Qaqa nişanlandı

17-02-2015


    Aktyor Teylor Kinni Sevgililər günündə pop ulduz Ledi Qaqaya evlilik təklifi edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,sevgilisinin ona bağışladığı üzüyün fotosunu paylaşan Qaqa “Vaxtı gəlib çatdı” yazıb: “O, mənə öz ürəyini verdi, mən də “hə” dedim”. Qeyd edək ki, Ledi Qaqa və Teylor Kinni 2011-ci ildə “You and I” (“Sən və mən”) klipinin çəkilişləri zamanı tanış olublar. İfaçı bundan əvvəlki müsahibələrinin birində ailə qurmağa hazır olduğunu və ən az 3 uşaq istədiyini deyib.
   Naomi Kempbell, İrina Şeyk və Paris Hilton Nyu-York moda həftəsi çərçivəsində eyni podiuma çıxıblar. Hər üç model bu dəfə qapalı libaslarda olub. Naomi Kempbell həmkarlarından fərqli olaraq, podiuma üç dəfə çıxıb.
   50 yaşlı italyan aktrisa Monika Belluççi qatıldığı televiziya proqramında hamını təəccübləndirib. Aktrisa “Che Tempo Che Fa” tok-şousunda gənc görünüşü ilə marağa səbəb olub. O, “Dolce&Gabbana” imzalı dar güllü paltarı və geyindiyi dikdaban ayaqqabılarına görə səhnədəki pilləkənləri aparıcının köməyi ilə enib. Aktrisa yeni çəkildiyi “Ceyms Bond” filmindən və ən yaşlı "Bond qızı" kimi çıxışından danışıb. Qeyd edək ki, Belluççinin yeni filmi oktyabrda təqdim olunacaq.
    Avstraliyalı aktyor Hyu Cekman “Hürriyət”ə müsahibə verib. Aktyor əslən türk olduğunu etiraf edib: “Hər yerdə yazırlar ki, ulu babam yunandır. Ancaq elə deyil. Mən Osmanlı türküyəm. Vaxtilə Yunanıstanda babalarımın doğulduğu bölgə türklərin olub. Bunu Türkiyəyə gedəcəm deyə söylədiyimi düşünməyin. Mən əsl türkəm”.


Əhəd Miriyev

 

Muz-Tv.az

1063 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


































4 İyun