Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
ULDUZ

İradə İbrahimova: “Öz tərbiyənizlə məşğul olun”

17-02-2015


    Müğənni İradə İbrahimova valideynlərə səslənib. Axşam.az-ın məlumatına görə, türkiyəli 20 yaşlı tələbə qız Özgəcan Aslanın zorlanaraq qətlə yetirilməsi hadisəsindən təsirlənən sənətçi təəssüratlarını bölüşüb: “Qadın cəmiyyətə istiqamət verəndir. O, cinayətkarları bəsləyən, böyüdən, amma yetişdirə bilməyən ailələrimizə səslənirəm: övladınızın tərbiyəsində buraxdığınız bir səhv, baxın nə cür cinayətlərə səbəb olur. Oturub kompüter arxasında insanları təhqir etməklə az vaxt keçirin. Övladınız varsa, onun, yoxdursa, öz tərbiyənizlə məşğul olun”.
    Azəri Günel Zeynalova türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdonun ad gününə qatılıb. 23 yaşı tamam olan İdoya anası Dərya Tuna sürpriz parti hazırlayıb. Gecədə ailənin yaxınları və dostları iştirak ediblər.  İ.Tatlısəs isə oğlunu əməliyyat olunmaq üçün getdiyi Mayamidən telefonla təbrik edib.
    Müğənni Ramal İsrafilov dünən ata olub. İfaçı bu haqda sosial şəbəkədə yazıb. O, "Bu gün çox xoşbəxtəm" deyə bildirib. İfaçının qız övladı dünyaya gəlib. Qeyd edək ki, R.İsrafilov keçən il Sevda adlı xanımla ailə qurub. Ailə qurduğu xanım onun xalası qızıdır.
    Müğənni Əlikram Bayramov həyat yoldaşını döyür. Sənətçi bu haqda “Kişi qadını döyməlidir?” mövzusu müzakirə olunan zaman açıqlamasında etiraf edib:“İndi xanımlar kişilərdən də aqressivdir. Xanım dilin uzadanda sillələmək lazımdır. Arada arvadı döymək normaldır. Görürəm yoldaşım sözümə qulaq asmır, sillə vururam, döyürəm. Kişinin kişi yeri var. Evdə qadın kişinin yanında özünü böyük apararsa, döyülməlidir. Ona yerini göstərməlisən”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

607 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May