ULDUZ
Xəyyam tənqidlərə cavab verdi
25-01-2021

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Mtv.az xəbər verir ki, sənətçi Rusiyaya toya yox, başqa işləri üçün getdiyini söyləyib:
"Bu günlərdə Rusiyaya getdim, müzakirələrə səbəb oldu. Haqsız qınaqlara tuş gəldim. Mənim orada başqa işlərim var, onlar üçün getmişdim. Həmin vaxt da virusa yoluxdum. İzolyasiya olundum və müalicə aldım.
Mənfi rəylər yazırlar, düzgün deyil. Toy üçün getsəydim, böyük məmnuniyyətlə paylaşardım. Kimdənsə çəkinmirəm. Xəstələndim deyə çox qalmalı oldum".
42 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 Mart
8 Mart