ULDUZ
Hadisə başqa xəstəliyə tutuldu
23-01-2021

Bir müddət əvvəl koronavirusa yoluxan müğənni Hadisə indi də başqa xəstəliyə tutulub.
Mtv.az xəbər verir ki, ifaçı virus səbəbi ilə “O səs Türkiyə” yarışmasının Yeni il gecəsində çətin anlar yaşadığını dilə gətirib:
“O anları yaşamaq çox çətin idi. Xəstəxanaya getməsəm də oradakı insanların hansı əzablar çəkdiyini bilirəm. Çünki özüm də o vəziyyətə düşdüm. Dörd həftə dayanmadan öskürdüm. Dəhşətli dərəcədə başağrılarım oldu. Dad və qoxu bilmə qabiliyyətimi itirdim.
Bunlar bir kənara, məni əsas məhv edən qorxu hissi idi. Panikaya düşdüm. Fikirləşirdim ki, bir daha səhnəyə çıxa bilməyəcəm. Bu da məndə panik atak xəstəliyinə səbəb oldu”.
50 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Mart
3 Mart