Talıb Tale psixoloji durumundan şikayətləndi

"Son günlər gündəmə gəlməyə ehtiyac duymuram. Hətta çalışdım kənarda qalım. Heç psixoloji durumum da o deyil".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni Talıb Tale deyib.
Sənətçi son günlər heç bir iş görmək əhvalı olmadığını söyləyib: "Mahnılarım çoxdur, amma psixoloji durumum işləməyə imkan vermir. Düşünürəm ki, pandemiyadan sonra dəyişiklər çox olacaq. Hər şeyin vaxtı var: İndi kənara çəkilmək lazımdır.
Çoxları mahnıları dinləmədən sənə şərh verirlər: bayağıdır, nədir. Bunu qəbul etmirəm. Yeni ifaçılar çox çıxır, nə gəldi oxuyurlar. Onlara məsləhət verirəm ki, etməsinlər. Deyirlər, nə gəldi oxuyum, təki tutsun. Bu cür işlər onların ziyanına olacaq, eləsi uzun yol gedə bilməz. Oxuduğun mahnının baxış sayı çox ola bilər, amma səni normal tədbirə çağırıb, yaxşı pul verməyəcəklər".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
