Xalq artisti 7 ildir filmə çəkilmir

"Çəkilən filmlərdə komediya obrazı olmadığı üçün məni dəvət etmirlər. Bir-iki serialda çəkildim, indi o da yoxdur. 2014-cü ildə sonuncu dəfə dövlət tərəfindən lentə alınan "Axırıncı dayanacaq" filmində çəkilmişəm. Özəl filmlərdə də olmuşam. Amma onlar da çox yaşamır".
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev deyib.
Aktyor 7 ildir heç bir filmə çəkilmədini söyləyib.
A.Quliyev "Bəzi aktyorlar deyir ki, qadın geyimi geyinib səhnəyə çıxmaram" fikrinə belə cavab verib: "Aktyorsan, rejissor üstünə yazdığı rolu oynamalısan. Burada səni görürsə, geyinməlisən. Heç bir obraza etiraz etməmişəm. Obrazı rejissorun istədiyi səviyyədə və tamaşaçının qəbul edəcəyi formada oynamalıyam. İfa etmirəmsə, orada nə gəzirəm?"
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
