ULDUZ
"Məndən narahat olmayın" - Rəmiş
14-01-2021

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.
Mtv.az xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqqında yazılmasının onu narahat etdiyini bildirib:
"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".
Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.
Xatırladaq ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.
49 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 Mart
8 Mart