Filmi 37 il sonra ilk dəfə nümayiş olunacaq - foto
Müğənni 152 kilodan 82 kiloya düşdü - foto
Keçmiş ərini məhkəməyə verdi - foto
Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Şuşa təəssüratlarını bölüşdü 

13-01-2021


Xalq artisti Nəzakət Teymurova teleproqramın birində virtual qonaq olub.

Mtv.az xəbər verir ki, xanəndə bir müddət əvvəl getdiyi Şuşa ilə bağlı təəssüratlarını bölüşüb.

Göz yaşlarını saxlaya bilməyən müğənni ilk ora ayaq basanda torpağı öpdüyünü deyib: "O qədər həyəcanlı idim. Kamança ifaçısı Elşənlə məscidin yanına çəkilib ağladıq. Gedib məscidin kənarında dizimi yerə qoyub torpağı öpdüm. Sonra girib namaz qıldım, Allaha şükür etdim. Yol boyu dəhşətə gəlirdim, əsgərlərimiz necə qalxıb o dağlara. Onlar hansı yerlərdən keçib o dağlara qalxmışdı. Məscidin yanında gizlənib ağladım ki, heç kim görməsin. Paltarlarım da qara batmışdı".

Proqramda N.Teymurovanın atası Xosrov Teymurovun Ağdamda olan məzarının fotosu göstərilib.

O, atasının 1986-cı ildə dəfn edildiyini söyləyib: "Cavan bacım rəhmətə getmişdi, atamın yanında dəfn olunub. Onun məzarını dağıdıblar. Bu yaxınlarda Ağdamda tədbir olmalıdır. Demişdim, birinci gedim atamın, bacımın qəbrini ziyarət edim, sonra tədbirə qatılım".

25 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar












16 Yanvar