Filmi 37 il sonra ilk dəfə nümayiş olunacaq - foto
Müğənni 152 kilodan 82 kiloya düşdü - foto
Keçmiş ərini məhkəməyə verdi - foto
Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Elnarə həmkarlarına səsləndi: "Həddimizi aşmayaq"

12-01-2021


"Üç aydan bir az artıq zaman oldu ki, Allahın hər günü bir gözümüz ağladı, bir gözümüz güldü. 44 günlük savaş ərzində hər gün şəhid xəbərləri gəlməklə bərabər neçə-neçə kənd və şəhərlərimizin də işğaldan azad olmasını eşidirdik. Emosiyalarımız bir-birinə qarışmışdı. Gah ağlayır, gah da sevincimizdən gülürdük. Əlbəttə, neçə illik həsrətimizi biz şəhid və qazilərimizə borcluyuq, bu borcu nə qədər ödəsək də azdır".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.

İfaçı ad çəkmədən son günlər qalmaqal yaşayan sənət dostlarına səslənib: "Əlbəttə, Zəfər bayramı münasibətilə hər kəs qol götürdü oynadı. Çünki biz bunu da qazanmışdıq, bunun həsrəti ilə 30 il yandıq-yaxıldıq. Buna görə şəhidlərimiz canlarından keçdilər ki, biz sevincimizdən ağlayaq. Onların əziyyətini də yerə vurmaq olmaz. Əlbəttə, bu savaş bizə həmrəy olmağı öyrətdi, lazım gələndə bir yumruq kimi birləşdik və həmrəylik günümüzü də vətənpərvərlik ruhunda hamımız qeyd etdik. Sizdən bir xahişim olacaq, nə olar, gəlin bu həmrəyliyimizi bir-birimizə çox görməyək. Həyat çox fani və qısadır, bizim bir düşmənimiz var. Bir-birimizin qədrini bilək və özümüzə yersiz düşmən kəsilməyək. Onsuz da kimin tutumu nədirsə odur, ondan artıq heç nə ummaq və gözləmək olmaz. Hər şeyin həddi olmalıdır. Bayram etməyin də, yas tutmağın da. Bir şeyi hər birimizdən xahiş edəcəm: həddimizi aşmayaq".

25 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar












16 Yanvar