ULDUZ
Elvis Preslinin ziynət əşyası hərraca çıxarılır - foto
02-12-2020

Rok-n-rollun kralı Elvis Presliyə məxsus ziynət əşyası hərracda nümayiş olunacaq.
Mtv.az xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq. Ziynət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq.
Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər. Ziynət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyyardır. Hərrac noyabrın 28-də baş tutacaq.
Xatırladaq ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.

72 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar
23 Yanvar