ULDUZ
"Gözünüz aydın, ağdamlılar" - Xalq artistləri
25-11-2020

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Mtv.az xəbər verir ki, Ağdamdan olan sənət adamları bunla bağlı paylaşımlar edərək, sevinclərini bölüşüblər.
Xalq artisti Nəzakət Teymurova Ağdamdan foto yayımlayaraq "Allahım, çox şükür bizi Ağdamımıza qovuşdurduğuna görə. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Ordumuza, şəhidlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Gözün aydın Azərbaycan. Gözünüz aydın ağdamlılar" sözlərini yazıb.
Xalq artisti Mənsum İbrahimov isə "Gözümüz aydın olsun, Ağdam artıq bizdədir" deyərək, paylaşımına qeyd edib.
66 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
16 Yanvar