ULDUZ
Meryem Uzerli layihəsindən imtina etdi - foto
26-11-2020

"Muhteşem Yüz yıl” serialı ilə məşhurlaşan aktrisa Meryem Uzerli yeni layihəsindən imtina etmək məcburiyyətində qalıb.
Mtv.az xəbər verir ki, sonuncu dəfə "Kovan" filmində çəkilən məşhura Amerikadan təklifi gəlib. Lakin aktrisa bunu qəbul etməyib. Səbəb isə dünyada pandemiyanın sürətlə yayılması, eyni zamanda Meryemin hamilə olmasıdır.
Xatırladaq ki, ikinci dəfə ana olmağa hazırlaşan Meryem Uzerli son olaraq “Chelsea Film Festivalı”nda "ən yaxşı qadın aktrisa" nominasiyasında qalib olub. Aktrisa hazırda Almaniyada fəaliyyət göstərən kafesinin işləri ilə məşqul olur.

70 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar