Hollivud ulduzu yeni layihə reallaşdırır - foto
Aktyor memarla ailə qurdu
Müğənninin anasını şantaj edirlər - foto
Selena Qomez açıqlaması ilə gündəmə gəldi

Facebook instagram Twitter Youtube
ULDUZ

Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor

21-10-2020


"Bütün heyəti azərbaycanlılardan ibarət olan “Axşama doğru” filminin Kann festivalında yer tutması Azərbaycan kinosunun əsl uğurudur. Xüsusilə də, məlum səbəblərə görə bu filmin Fransada nümayişi çox vacibdir. Bu ölkədə erməni lobbisi Azərbaycan həqiqətlərini ört-basdır etmək üçün hər cür yola, vasitəyə əl atır. Amma Azərbaycanın sənət adamları buna yol verməyəcək. Mədəniyyətimizin, eləcə də ölkəmizin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bütün səylərimizi səfərbər edəcəyik".

Mtv.az xəbər verir ki, bu fikirləri Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan “Axşama doğru” qısametrajlı filminin rejissoru Teymur Hacıyev deyib.

Filmin Kann festivalında yer almasının Azərbaycan kinosu üçün çox vacib olduğunu bildirən gənc rejissor bildirib ki, sənət adamları öz müharibələrini incəsənət vasitəsilə aparır.

“Bu gün torpaqlarımız azad edildiyi bir vaxtda incəsənət nümayəndələrinin də üzərinə böyük yük düşür. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə incəsənətimizlə çatdırmalıyıq. Sözümüzü ekran işimizlə çatdırmağa çalışırıq. Fransızlara Azərbaycan mədəniyyətini tanıtmaqla bərabər, onu öz mədəniyyətləri ilə eyni səviyyədə qəbul etmələrinə nail olmalıyıq. Bu gün burada Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan 10 filmdən 5-i nümayiş olundu və onlar arasında fərq qoyulmadı. 59 ildir mövcud olan proqrama Azərbaycan filminin daxil olmasına çox sevinirik və əsas məqsədimiz də elə bu idi”, -deyə T.Hacıyev bildirib.

O deyib ki, ölkəmizin, xalqımızın sözü yüksək incəsənət vasitəsilə beynəlxalq aləmə çatdırılmalıdır. Azərbaycan kinosu milli kimliyimizi, mədəniyyətimizi beynəlxalq aləmə çatdırmalıdır.

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 Dekabr










1 Dekabr