Bob Dilana məxsus sənədlər hərraca çıxarıldı
Serialın aktrisası mükafat aldı - foto
Müğənni aktrisadan ayrıldı
Muazzez Ersoy üsyan etdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Ronda Fleminq 97 yaşında vəfat etdi

19-10-2020


Hollivudun görkəmli aktrisası Ronda Fleminq ömrünün 97-ci ilində Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib.

Mtv.az xəbər verir ki, bu barədə onun köməkçisi Karla Sapon məlumat verib. Bildirib ki, məftunedici kürənsaç və yaşıl gözlü amerikalı aktrisa “Technicolor şahzadəsi” adı ilə tanınırdı.

“Technicolor şahzadəsi” adı ağ-qara kinonun tədricən aradan qalxdığı zamanda aktrisanın hər dəfə yeni səhnələrə gəlişində saçlarının və gözlərinin təbii rənginə istinadən verilmişdi.

Model və aktrisa qızı olan Ronda Fleminq hələ iyirmi yaşı olarkən Alfred Hiçkokun “Spellbound” filmində ilk və əhəmiyyətli rolunu almışdı. Filmdə onunla İnqrid Börqman və Qreqori Pek çəkilmişlər.

Aktrisa məşhurluq qazandıqca sonradan “Out of the Past”, Binq Krosbi ilə birlikdə “A Connecticut Yankee in King Arthurs Court” musiqili komediyasına, Bört Lankaster və Kirk Duqlasla eyni səhnəni bölüşdüyü “Gunfight at the O.K.Corral” ekran əsərlərində çəkilib.

67 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti