Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

"Qaçqınlıq" statusu üzərimdən götürüləcək" - Manaf Ağayev

17-10-2020


"Doğulduğum Füzulinin Şıxlı kəndinin işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Son günlər yaşadığım həyəcanı sözlə izah edə bilmərəm. Tezliklə doğma kəndimin də düşməndən azad ediləcəyinə inanıram".

Mtv.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev deyib.

O bildirib ki, ən böyük arzusu "qaçqın" ifadəsinin üzərindən götürülməsidir: "Bilirsiniz ən çox nəyə sevinirəm? Daha "qaçqınlıq" statusu üzərimdən götürüləcək. İstər-istəməz hərdən adama "qaçqın" deyirlər. Bu da mənə pis təsir edir".

M.Ağayev atasının Şıxlı kəndində dəfn edildiyini bildirib:  "Atamı dəfn edib çıxmışıq. Onun qəbrini ziyarət edəcəm. Deyəcəm, ata, məni bağışla. O qədər arzularım var ki... Gedib böyüdüyüm kəndin torpağını öpəcəm. Kənddən uşaq yaşından çıxmamışam, hər yeri xatırlayıram. Gedib evimizi tapacam, görüm dağıtmayıblar ki... Təəssüratlarımı sözlərlə izah edə bilmirəm, bunları yaşamaq lazımdır. Amma məni ən çox həyəcanlandıran atamın qəbrini görmək olacaq".

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr




















20 Oktyabr