Hillarinin beşinci övladı dünyaya gəldi - foto
Aktrisa koronavirusa yoluxdu
Ərindən aylıq 3,4 milyon manat təzminat istəyir
Serialın aktyor heyyəti bəlli oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti qadına şiddəti qınadı

15-09-2020


"Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna bir dur deyən tapılacaqmı?"

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb.

Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib: "Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayyət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19






















18