Hillarinin beşinci övladı dünyaya gəldi - foto
Aktrisa koronavirusa yoluxdu
Ərindən aylıq 3,4 milyon manat təzminat istəyir
Serialın aktyor heyyəti bəlli oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Elzanın dəfnə tac taxıb getməsi tənqid olundu

09-09-2020


Əməkdar artist Elza Seyidcahanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tac taxıb getməsi müzakirəyə qoyulub.

Mtv.az xəbər verir ki, müğənni çəkilişdən birbaşa ora getdiyini söyləyib. Teleproqramın birinə qatılanlar Seyidcahanı tənqid ediblər.

Müğənni özünə "Tacımın daşları qara idi. Dəfndə olmağı özümə borc bildim. Çəkilişdə idim, gecikirdim. Ordan da çəkilişə yollanacaqdım. Fikirləşdim ki, tacımın qaşları qaradı, ayıb deyil. İngiltərə krallığında bütün mərasimlərdə hamı başına şlyapa, tac qoyur. Həci xanımlar yasa gedəndə qaşlı, zərli hicab bağlayır. Gedib tacla Rafael Dadaşovun cənazəsinin başında oturdum. Özümə dedim ki, onun nəsli tarixə düşüb. Onlar taca layiq nəsildir. Bu mənim kübarlığım idi" sözləri ilə haqq qazandırmağa çalışıb.

E.Seyidcahan fikirlərinə etiraz edənlərə sərt cavab verib: "Bu gün bunu qəbul etmirsiz, amma illər keçəndə görəcəksiniz. Bundan sonra bütün yas mərasimlərinə tacla gedəcəm. Dahilər hər zaman qınanılır. Siz mənim tacla yasa getməyimi tərifləməlisiniz, alqışlamalısınız".

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19






















18