Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi
Hollivud ulduzu altıncı dəfə ata oldu
Fatimə yazılan tənqidlərə cavab veridi

Facebook instagram Twitter Youtube
ULDUZ

Eldar tənqidlərə reaksiya verdi - video

31-07-2020


"Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər postlarımızı yeyib-içmək, həyat tərzini, gündəlik həyatımızı əks etdirən fotolar əvəzləyəcək. Artıq var... Belə olmalıdır. Həyat öz axarı ilə gedir".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov deyib.

O, bir müddət əvvəl hər kəsin sosial şəbəkədə paylaşdığı vətənpərvər fotoların artıq dəyişdiyindən söz açıb.

Eldar bunla bağlı yazılan tənqidlərə reaksiya verib: "Bir millət olaraq çox şeyə göz yumuruq. Səfeh deyilik. Bu, ürəyiyumşaqlığımızdan və mehribançılığımızdan irəli gəlir. Həddindən artıq dərəcədə rəhimliyik. Fərq etmir, hardasan, necə əylənirsən, iş başında şəkil çəkirsən, sevinclisən, kədərlisən... Əsas odur ki, Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir. Onu hər addımda və əməldə daşımalıyıq. Necə? Mariflənməliyik, inkişaf etməli və oxumalıyıq, güclənməliyik. Hər kəs işini vicdanla görsə, bir-birinə hörmətlə yanaşsa, vətənpərvərliyin nə olduğunu hiss edib, etdirəcəyik. Sizdən yoxdur... Haq-ədalət bizim tərəfimizdədir. Bir gün zəfər çalacağıq".

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13




















12