ULDUZ
Sofiya Rotarunun biznesi çökdü - foto
01-08-2020

Müğənni Sofiya Rotarunun da biznesi pandemiya ərəfəsində müflis olub.
Mtv.az xəbər verir ki, Yalta sahillərində yerləşən "Villa Sofia" fəaliyyətini dayandırıb. Tətil mövsümündə istirahətə icazə verilmədiyi üçün işləməyən məkanın işçiləri də uzaqlaşdırılıb.
On iki otaqdan ibarət olan oteldə əvvəlcə qiymətlərdə endirim edilib. Amma bu da işə yaramayıb.
Hətta məkanın restoranında yerləşən bütün mebellər də boşaldılıb. Sofiyanın məkanı satıb-satmayacağı hələ bilinmir.
Xatırladaq ki, oteli 72 yaşlı Sofiyanın oğlu Ruslan və gəlini Svetlana idarə edirdi.

154 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar