Aktrisa azərbaycanlı modelyerlə işə başladı

Aktrisa Nebahat Çehre karantin günlərində dizaynerliklə məşğul olub.
Mtv.az xəbər verir ki, 76 yaşındakı sənətçi 40 geyimdən ibarət bir kolleksiya hazırlayıb.N.Çehre bildirib ki, evdə oturduğu ərəfələrdə özündə bu özəlliyi kəşf edib.Nebahat Beyons, Cennifer Lopez, Avril Lavinq kimi məşhurları geyindirən azərbaycanlı dizayner Rüfət İsmayılla razılaşıb. Birlikdə işbirliyi edən aktrisa və modelyer yaxın günlərdə işini təqdim edəcək.
"İçimdə başqa bir qadının gizləndiyi aşkarladım: dəlisov, amma sadə, uşaq kimi, amma cazibədar... Bir arada mağazada işlətmişdim. Bu aləmə yad deyiləm. Pandemiya ərəfəsində evdə oturduğum vaxtlarda köhnə eskizlərimi tapdım. Rüfət İsmayıla göstərdim, çox bəyəndi. Yeniləyib, üzərinə əlavələr edərək yeni bir kolleksiya hazırladıq",- aktrisa bildirib.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
