Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi
Hollivud ulduzu altıncı dəfə ata oldu
Fatimə yazılan tənqidlərə cavab veridi

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist keçirdiyi ağır günləri xatırlatdı

01-08-2020


"Yoldaşım çox ailəcanlı idi, ölürdü bizim üçün. Bizim evimiz olsaydı, ayrılmazdıq. Evdə qayınana, baldızlar qalırdıq. Kənardan qohumlar da gəlib müdaxilə edirdilər. Elə bil ki, düşmən qızıyam. 18 yaşım var idi, uşaq idim. Dedim, gedək mənimlə, dedi olmaz".
 
Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli teleproqramən birində deyib.

Mərhum həyat yoldaşı orucdan danışan müğənni keçirdiyi ağır ailə həyatından söz açıb.

O bildirib ki, ailəsinin dağılmasına səbəb qayınanası və ərinin qohumları olub: "O vaxt qayınana evində qalmağı kişilər özlərinə sığışdırmırdılar. Kirayədə qalmaq belə ayıb idi. Kaş düşərdim ayaqlarına, deyərdim, gəl mənimlə gedək. Üç-dörd il keçsəydi, bəlkə barışardıq. Amma o, üç il sonra evləndi. Atam evinə də gedə bilmirdim, qoymurdular. Deyirdilər, ər evinə getmisənsə, orada qalmalısan. Deyə bilmirdim ki, acından, dərtdən gəlirəm. Atam evindən soyuducudan uşaqlarım üçün ət oğurlayırdım".

M.İsgəndərli həyat yoldaşının onun hər dəfə döydüyünü etiraf edib: "Bacım hər dəfə gəlirdi məni danlayırdı ki, niyə oturmusan burada? Gəlirdi ki, gözüm partdıyıb, ağzım nə boyda... Yoldaşımı qınamıram, hər şeyi halal etmişəm. Cavan idi, qulağını doldururdular. Heç kimə gücü çatmırdı, bütün hirsini mənə tökürdü. Məni balası kimi istəyirdi, hirslənəndə hamının heyfini məndən alırdı. Təranə bacım ən pis vəziyyətimdə yanımda olurdu.

Bir gün ərim məni döyəndə beşiyi vurdu, gedib Kərimin (oğlu - red.) gözünə dəydi. Ondan sonra dedim ki, daha bəsdir. Kərimi götürüb yağışlı bir gündə palçığın içində elə qaçırdım ki...".

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti