Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Səidə ağladı: "Bu ailə dağılmamlıydı"

29-06-2020


Müğənni Səidə Dadaşovanın son günlər efirlərdə verdiyi açıqlamalar diqqət çəkib.

Mtv.az xəbər verir ki, sənətçinin anası ilə bağlı dedikləri müzakirələrə səbəb olub.

Səidə bir neçə gün əvvəl atası, mərhum Xalq artisti Rafael Dadaşovun bir kişi kimi xoşbəxt olmadığını söyləyib. Ardından isə "Həm anamı, həm atamı itirdim" ifadələrini işlədib.

S.Dadaşova bu dəfə də anası Sədaqət Dadaşova ilə bağlı aqresiv çıxışlar edib.

O, atası ilə bağlı arxiv süjet nümayiş olunan zaman ağlayıb və anasını günahlandırıb: "Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o, sıradayam. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki... Eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur. Onu böyüdən valideyn sayılıb. Məni boya-başa çatdıran, ayaqda saxlayan atamdır. Dünyaya gətirəni danmıram, amma... Anam var, danmıram, Allah canını sağ eləsin".

Studiyada olan digər qonaq qarmon ifaçısı Gülbahar Şükürlü onu qınayıb və "Sənin ananı tanıyırıq. Ona sual verməyin, danışma, lazım deyil" sözlərini deyib.

"Heç kimi danmıram. Hamının canı sağ olsun, özü üçün. Milyonların, qadınların sevimlisi olan atam xoşbəxt olmadı. Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədi, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömrüboyu özünü ailəsinə həsr etdi. Ailəmiz dağılmadı, pərdə arxasındakıları bilmirsiz. Bu ailə dağılmamlıydı. Biri var dağıldı, biri də var dağıtdılar",- deyərək Səidə ağlayıb.

Xatırladaq ki, S.Dadaşovanın anası Sədaqət aktrisadır və Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. O, bir neçə il əvvəl Türkiyədə evlənmə verilişinə qatılaraq gündəmə gəlmişdi.

24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul