Aktrisa maska taxmır və qaydaları pozur
Futbolçu model ilə nişanlandı
Əməkdar artist görünüşü ilə təəccübləndirdi - foto
Aktrisa yeni eşqə düşdü

Facebook instagram Twitter Youtube
ULDUZ

Aybəniz Haşımova xəstəlikdən sağaldı

24-06-2020


Əməkdar artist Aybəniz Haşımova uzun müddətdir əziyyət çəkdiyi qızıl yel xəstəliyindən sağalıb.

Mtv.az xəbər verir ki, 23 gündür yataq xəstəsi olan müğənni artıq yeridiyini deyib:

“Bəlkə də, bu, son olacaqdı, bəlkə də, böyük bir imtahan qarşısında idim. Bir onu bilirəm ki, Allaha “hazıram, qarşındayam” dedim. Əslində, qəfil gələn əcəl idi. Nədənsə heç qorxmurdum. Nə bədənimi, nə tutulmuş ayağımın ağrısını, nə canımı saran alovu hiss edirdim.

Sanki bütün ağrılarımı unutmuşdum. İçimdə tək bunu dedim ki, Aynişan, xəbərin yoxdur, anan can verir. Amma deməli, vida zamanı o gün deyilmiş. Bilmirəm, buna sevinim, yoxsa yox...

Allah qarşısında növbəti imtahanlara zaman qazandım. Bu da ömrümün 52-ci yayında Allahın qarşısında verdiyim imtahan... Qadalı başlayıb, sonu major akkordlarla bitən, ömür səhifəmə yazılan yazı. Həkim ayaq üstə duracağıma məni inandırmışdı, oldu da. Artıq ayağımı yerə basa bilirəm”.

204 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29




















28