Cəmilə ana olduqdan sonra xeyli arıqladı
Nilay üçün evlilik işə əngəl deyil - foto
Emil övladlarının müğənni olmasını istəmir
Aktrisa istirahətdə əkinçilikə məşğul oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Meqan Foks onillik ərindən boşanır

03-06-2020


Məşhur ulduz Meqan Foks 10 ildir ailəli olduğu, 3 uşağının atası, aktyor Brian Austin Qrindən boşanır.

Mtv.az xəbər verir ki, cütlüyün ayrılmasına səbəb isə Meqanın klip çəkilişində tanış olduğu gənc oğlandır.

Brian arvadının ona xəyanət etdiyini açıqlayıb.

O, aktrisanın ötən il repçi Maçin Qan Kellinin klipində rol alan zaman yaxınlaşdıqlarını, onu aldatdığını iddia edib.

Qatıldığı bir verilişdə bu haqda danışan Brian bunları deyib: "Meqan 2019-cu ildə bir film çəkilişində idi. 5 həftə sonra qayıdanda qəribə davranmağa başladı. Ailə içindəki yaxınlığı yenidən qura bilmədik. Üç həftə belə davam etdikdən sonra bağlılığın qopduğunu anladım. Ona mesaj yazdım, "Danışarıq" cavabını verdi. Daha sonra mənə evdən ayrı qaldığı ərəfədə özünü çox yaxşı hiss etdiyini dedi. Çəkilişdə Kolsen (Maçin Qan Kelli) adlı biri ilə tanış olduğunu, onun yanında özünü xoşbəxt hiss etdiyini söylədi".

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti