Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda babasının muzeyini açmaq istəyib?

27-05-2020


Əməkdar artist Sevda Ələkbərzadə Basqal qəsəbəsində başına açılan fırıldaqçılıqdan danışıb.

Mtv.az xəbər verir ki, o, "İnstaqram"da canlı yayımda Əməkdar artist Bəhram Bağırzadənin suallarını cavablandırarkən babası, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan Əbülhəsən Ələkbərzadədən söz açıb.

O bildirib ki, Basqalda babasının muzeyini açmaq istəyib: "Basqala getmirəm, incimişəm. İstəyirdim ki, babamın ev muzeyini orada açım. Ora pul da ödədim, ödəməməli idim. Pulla 10 sot torpaq aldım. Əbülhəsən yazmışdı ki, öləndə məni doğma torpağım Basqalda dəfn edərsiz. Torpaq aldığım adamlar məni aldatdı. On ildən sonra belə çıxdı ki, saxta sənədlər veriblər. Pul verdiyim kişi üzümə durdu ki, mənə pul verməmisiniz. Üstünə düşmədim. Belə bir münsaibət varsa, heç mənə lazım da deyil. Onları Allah görsün. Ayıbdır, insanın mənliyi olar. Vətən sevgisi nədir? Öz torpağınızdan çıxan bu boyda böyük insana belə münasibət bəsləyirsiz".

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyul


























5 İyul