ULDUZ
Lusi Fallon paltarlarını satır
23-05-2020

İngiltərəli aktrisa Lusi Fallon müflis olub.
Mtv.az xəbər verir ki, sənətçi işsiz qaldığını və buna görə köhnə paltarlarını satışa çıxardığını deyib.Maddi sıxıntı yaşayan 24 yaşlı Lusi İnstaqramda satışa çıxardığı geyimlərinə, aksessuarlarına müxtəlif qiymətlər qoyub.
Onlar arasında dəyəri 75 funt-sterlinq olan "Mulberry" pulqabı və 20 funt-sterlinq dəyərində paltar yer alıb.
Fallon bundan əvvəl ildə 1 milyon dollardan çox pul qazandığını bildirib.
175 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 Mart
5 Mart