Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto
İradə Vətən üçün darıxır
Sərdar Ortaç peşmançılığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist həmkarının fikirlərini bəyənmir

21-05-2020


Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” fikirlərinə münasibət bildirib.

Mtv.az xəbər verir ki, o, xanəndənin fikirlərini qəbul etmədiyini söyləyib:

“Sözü iki cür demək olar. O Elnarənin şəxsi fikridir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Biri var sözü alçaldaraq deyirsən, biri də var ki, müğənnilərə hörmətim var, amma istəmərəm gəlinim müğənni olsun. Mən alçaldaraq deməyi qəbul etmirəm. Lap heç müğənni olmasın, həkim olsun və ya hansısa bir digər peşənin sahibi olsun. Hərənin öz dünya görüşü, həyata baxışı var. Elə insanlar tanıyıram, istəyir ki, onun gəlini məşhur olsun və ya bəy istəyir ki, gözəl bir model xanımla evlənsin, ailə qursun. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi əxlaqı özündən asılıdır. Bu fikirləri hər sahəyə aid etmək olmaz. Görmüsünüz ki, müəllimlər, həkimlər bir-birini pisləsin? Bu sənətdəsənsə, özünə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənin sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü də hörmətdən salır, sənətini də. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?”.

77 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7


















6