Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır
 Meryem qız anası oldu
Fatimə oğluna hansı qadağaları qoyub?

Facebook instagram Twitter Youtube
ULDUZ

"Bizdə yeni ifaçılar yetişmirlər" - müğənni

18-05-2020


"Radioların redaktorlarına hərdən demək istəyirən ki, gənc ifaçılardan pul tələb etməyin. Mahnılarını gündə 3-4 dəfə səsləndirmək üçün pul istəyirlər. Elə ona görə də bizdə yeni ifaçılar yetişmirlər. Çox məşhur bir ifaçının darıxdırıcı mahnısını isə gündə 10 dəfə səsləndirirlər. İnandırım ki, dinləyici radionu bağlayır".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "İnstaqram"da canlı yayımda deyib. Sənətçi şou-biznesdə yeni ifaçıların yetişməməsinin səbəblərindən danışıb.  

Murad "Bir gün kanal rəhbəri kimi oyansanız nə edərdiz" sualına belə cavab verib:

"Hansısa kanalın rəhbəri olsaydım, qısa vaxtda da işdən qovulardım. Bizdə kanallarda reytinq mütləqdir. Bu da səviyyə demək deyil və xalqı maarifləndirmir. Gərək kanalın yaxşı sponsoru olsun və keyfiyyət tələb etsin. Desin ki, bütün dəhşətli aparıcıları, qonaqları, mənasız söhbətləri kanaldan yığışdır və keyfiyyət təqdim et. Onda kanal rəhbəri kimi çalışa bilərəm".

"Eurovision"dan danışan müğənni "Mən gedə bilmədim, Samirə getsin. O, həmin səhnəyə uyğundur. "Kleopatra" mahnımız bu il getsəydi, ilk onluğa düşərdi. Amma birinci ola bilməzdi. Çünki orada daha güclü mahnılar var idi" sözlərini əlavə edib.

147 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar


















15 Yanvar