ULDUZ
Sevda onlayn toy arzulamır
18-05-2020

Müğənni Sevda Yahyayeva Əməkdar artist Elza Seyidcahanın onla bağlı dediyi "Toyunu onlayn etsin, tarixə düşsün" sözlərinə cavab verib.
Mtv.az xəbər verir ki, o, onlayn toy arzulamadığını söyləyib:
"Elza xanımın gözəl ürəyi var və əla insandır. Amma mən tarixə düşmək istəmirəm. Onlayn toy olmasın. Hamıya xoş günlər arzulayıram".
Toyu ilə bağlı suallara cavab verən Sevda bildirib ki, hazırlıqları yarımçıq qalıb:
"Karantin bitən kimi toy olacaq. Nişanlım musiqini sevir. Zövqü də gözəldir. Sevinirəm ki, belə gözəl zövqlü, yaxşı insan qabağıma çıxdı. Ailəcanlı insanam. Bilmirəm gələcəkdə nə olacaq. Amma ən xeyirlisi olsun. Aramızda 4 yaş fərq var".
167 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
22 Yanvar