"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır
Günel onu tənqid edənləri aşağıladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan : “Ağlaşma başlayır və bu, gecəyədək davam edir ”

05-12-2014


   Müğənni Röya Ayxan telekanallardan şikayət edib. Sənətçi efirlərdə şən verilişlərin yayımlanmamasına üzüldüyünü bildirib. R.Ayxan sosial şəbəkədə bunları qeyd edib: “Səhər telekanallarda “ağlaşma” başlayır və bu, gecəyədək davam edir. Eyni tip nə qədər verilişimiz var, bir baxın... Son vaxtlar mən maqazin proqramlarından da bu cür “ağlaşma” süjetlər gözləyirəm. Amma şükür, hələ ki, belə hal yoxdur. Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur? Bütün verilişlər xəstə körpə, namərd övlad, atılmış uşaqları göstərir. Bu, evimizdə böyüyən uşağa da ziyandır. Dövləti çarəsiz göstəririk. Hər ölkənin problemi var və buna görə efirdə bir veriliş olur, amma bizdə hansı kanalı açırsan, insanlar ağlayır. Unutmayaq ki, Azərbaycan gözəl ailələrin, namuslu insanların yurdudur. Pisimizi gözə soxub ucuzlaşmayaq. Arada bu xalqa ürəkaçan verilişlər hazırlayın ki, biz də musiqimizlə, zarafatlarımızla hamının problemini unutduraq”.

   Müğənni Elnarə Xəlilovanın yeni klipi Türkiyə mətbuatının da diqqətini çəkib. Qardaş ölkənin tanınmış xəbər saytları sənətçinin türkiyəli həmkarı Barış Kömürcüoğlunun “Dayan” mahnısına çəkilən klipdən yazıb. Xəbərdə Türkiyədə keçirilən “Pop star” yarışmasının iştirakçısı olan B. Kömürcüoğlunun təqdimat mərasiminə qatılmamasının səbəbi E.Xəlilovanın dilindən açıqlanıb: “Barışın gəlməsi üçün biletlər də alınmışdı. Tədbir noyabrın 27-də olmalı idi. Amma Barışa görə vaxt dəyişdirildi. Amma onun Türkiyədə daha özəl bir işi var idi, gələ bilmədi”. Xatırladaq ki, “Dayan” mahnısının söz və musiqisi Günel Sərdarqızına məxsusdur. Klipi türkiyəli rejissor Mustafa Sarıkaya ekranlaşdırıb.

    Müğənni Elçin Cəfərov evlənmək istəyir. O, hazırda qız axtarışına çıxıb: “Çox istəyirəm ailə qurum. Valideynlərim də bunu təkid edir. Böyük qardaşım evlənib, mən qalmışam. Amma evlənmək üçün qız tapmıram. İstədiyim xanım yoxdur. Əgər alınsa, gələn il mütləq toy edəcəm”.

   Müğənni-bəstəkar Murad Arif ötən gün sosial şəbəkələrdə müzakirə olunan reytinqli verilişlər mövzusuna münasibət bildirib. Sənətçi reytinqlərin saxta yolla təyin olunduğunu iddia edib: “Reytinq şirkətləri əsasən, estetik zövq və maarifləndirmə aşılamayan proqramları birinci edib ki, kanallar da məhz o tip verilişlərə üstünlük versin. Nəticədə cəmiyyət günü-gündən cahilləşir. Bir çox istedad efirdən, ölkədən uzaq düşür. Deməli, baxımlı proqram boş veriliş deməkdir. Reytinq hesablayan şirkətlər isə xaricdən maliyyələşir. Sizcə, məqsəd nədir? İnstaqramda 25 min, “Facebook”da 15 min izləyicim var. Kimin evinə o reytinq hesablayıcı cihaz qoyulub? Bir şeyi nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyasına və peyk antenalara aid ola bilməz. Kimin evində antena var? Hamı kanallara kabel televiziyası və ya peyk antenalarla baxmırmı?”. Qeyd edək ki, sosial şəbəkədə reytinq toplayan verilişlərin siyahısı yayımlanıb. Burada isə ən çox baxılan verilişlər məişət problemlərinin müzakirə olunduğu proqramlar seçilib.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

675 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May






















25 May