Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan : ”Konsertə qədər arıqlamasam, məni orada gözləməyin”

03-12-2014


   Müğənni Röya Ayxan pəhrizə başlayıb. Sənətçi bu haqda sosial şəbəkədə yazıb. Hər zaman 50 kiloqram olan ifaçı 5 kiloqram artıq çəki aldığını vurğulayıb: “Fikir verməyin, pəhrizdəyəm, başım xarab olub. Boyum 165 santimetrdir, çəkim isə 50 kiloqram olub. İndi isə kökəlib, 55 olmuşam. Konsertə qədər arıqlamasam, məni orada gözləməyin”. Qeyd edək ki, R.Ayxan dekabrın 19-da və 20-də Heydər Əliyev Sarayında “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə çıxış edəcək.

   Müğənni Sevda Yahyayeva yeni mahnısını təqdim edib.  “İtmiş ada” adlanan bəstənin sözləri MC Murada, musiqisi Emin Kərimiyə məxsusdur.

   “Bu şəhərdə” komandası yeni konsertə hazırlaşır. Ssenarist Müşfiq Abbasov yeni tamaşa ilə bağlı məlumat verib. “Hazırda konserti 5 gün nəzərdə tutmuşuq. Amma tələbat olarsa, vaxtı uzadacağıq. Ssenarilərimizi hazırlayırıq. Konsertin adı “Göz-Əl”dir. Burada ailədə kimin gözü kimin əlinə baxır mövzusunda səhnəcik nümayiş olunacaq. İlk dəfə xalq artisti Ağadadaş Ağayevi parodiya edəcəyik. Bir də, planımızda Könül Kərimova var ”.“Könül Kərimova parodiya olunmağı sevmir. Onun inciyəcəyindən çəkinmirsiniz” sualına isə M.Abbasov belə cavab verib: “Bir dəfə Könül xanımı parodiya etmişdik. Biz insanları tənqid etmirik, təqlid edirik. İnanırıq ki, inciməyəcək, hətta xoşuna belə gələcək”. Qeyd edək ki, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə “Bu şəhərdə”nin konserti martın 5-dən 9-na kimi Heydər Əliyev Sarayında keçiriləcək.

   “Eurovision 2012” təmsilçimiz Səbinə Babayevanın doğum gününü qeyd edib. Həyat yoldaşı, rejissor Cavidan Şərifov sənətçini təbrik edib. O, ifaçıya üzük bağışlayıb. Hədiyyəsinin fotosunu sosial şəbəkədə paylaşan S.Babayeva təəssüratlarını bölüşüb:“Ad günlərimi çox sevirəm. Uşaqlıqdan bu yana dekabrın 2-si mənim üçün ən sevimli və özəl gün olub. Bu gözəl hədiyyə üçün həyat yoldaşıma təşəkkür edirəm. Onun dəyəri önəmli deyil. Əsas odur ki, sevgi ilə alınıb, ürəkdən gəlir. Mən çox xoşbəxtəm və hamını sevirəm”. Qeyd edək ki, Səbinə Babayevanın bir müddət əvvəl boşanma xəbəri yayılmışdı.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

854 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


























25 May