"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır
Günel onu tənqid edənləri aşağıladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Cerri Holl: “Gözəllik anlayışı standartlaşdırılıb və çoxları bunun qurbanı olur”

02-12-2014


   Əfsanəvi model Cerri Holl plastik əməliyyatlara olan münasibətindən bəhs edib: “Əməliyyat prosesində infeksiyaya yoluxa, ya da ölə bilərsiz. Düşünürəm ki, plastik əməliyyat naminə  saxlamlığınızı risk altına atmaq ağılsızlıqdır. Bundan əlavə, bu üsula əl atan qadınlar süni və acınacaqlı görünür. Hazırda gözəllik anlayışı standartlaşdırılıb və çoxları bunun qurbanı olur. Hollivud ulduzları bunu vaxt qazanmaq, daha çox cavan və məşhur olmaq üçün edirlər.Onları qınaya bilmərəm, bu, Hollivudun günahıdır.  Lakin adi qadınların bunu hansı səbəbdən etdiklərini başa düşmürəm. Siz qorxursuz ki, əriniz sizdən daha cavan qadına üstünlük verəcək, lakin bu halda heç bir əməliyyat sizə kömək edə bilməz”. 58 yaşlı məşhur bildirib ki, yaşlandıqca gözəl görünüşə sahibi olmaq yalnız intizamın və öz-özünə nəzarətin köməyi ilə mümkündür: “Xarici görünüşüm işimdə vacib rol oynuyur, buna görə də yaxşı görünmək üçün əlimdən gələni edirəm. Plastik əməliyyatlar barədə düşünmürəm. Bunun yerinə mən üzgüçülüklə və yoqayla məşğul oluram, həmçinin karbohidratlardan özümü məhdudlaşdırıram və şəkərdən istifadə etmirəm. Bunun köməyi var”.

 

Faina Əsədullayeva

 

 Muz-Tv.az

679 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May






















25 May