Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir
Modelin kədərli duruşu lağa qoyuldu - foto
Günayın eks əri məlumatları yalanladı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

İradə yaradıcılıqdan niyə uzaqlaşıb?

09-04-2020


"Ailə quranda 29 yaşım var idi. Ceyhun mənə sənətlə bağlı heç bir qadağa qoymamışdı. Hətta deyirdi, uşaq da gec olsun. Özüm istədim ki, tez ana olum. Ailəmə, yoldaşıma özüm qulluq etmək istədim. Özümü ailəli qadın rolunda görürdüm. Anladım ki, hansı zirvədə olsaq da, bir qadının sonu evdə öz övladına baxmaqdır. Qadın üçün bundan böyük missiya yoxdur. Ona görə də sənətim keçib ikinci plana".

Mtv.az xəbər verir ki, bu sözləri hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova rejissor Nail Naiboğlu ilə İnstaqramda canlı yayımda deyib.

Sənətçi yaradıcılıqdan uzaqlaşmasından bəhs edib.

O, daha sonra Xalq artisti Röya Ayxanla aralarında yaşanan qalmaqaldan söz açıb: "Barışmışıq... Başqa cür ola da bilməzdi. Biz bir-birimizi dəstəkləməliyik. Elə bir dönəmdə yaşayırıq ki, hamı bir olmalıdır".

İ.İbrahimova ATV kanalında başına gələn hadisəni də izləyicilərlə bölüşüb: "Ərə gedəndə sənətimin zirvəsində idim. Gün ərzində 10 verilişə qatılırdım. İndi düşünürəm ki, indiki durumda onu bacarmazdım. Bir dəfə proqramda oxuyanda maşınımın şüşəsini sındırıb çantamı oğurlamışdılar. İşə polis qarışdı. Həmin gün də bir işçinin toyuna çağrılmışdım. Gedə bilmədim. Kanaldan da elə bildilər hörmətsizlik etmişəm və mənə bir müddət qadağa qoydular".

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 May






















27 May