Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir
Modelin kədərli duruşu lağa qoyuldu - foto
Günayın eks əri məlumatları yalanladı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Rasim Balayev insanları evdə qalmağa çağırdı

10-04-2020


“İki ay əvvəl Türkiyədə əməliyyat olundum. Bir aydır Bakıya qayıtmışam. Yaxşı ki, vaxtında qayıtdım. Yoxsa indi orada əziyyət çəkərdim. Bəşəriyyəti bürüyən bir virus yayılıb. Oxuyuram, bütün dünyada virusun əlacı axtarılır. Hələ də vaksin tapılmayıb”.

Mtv.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.

Aktyor karantin günlərini necə keçirməsindən söz açıb.

O, insanlara səslənərək, onları evdə qalmağa çağırıb: “Təəssüf edirəm ki, insanların çoxu qulaqardına vurur. Baxıram, yaxınlaşıb söz deyirlər, əli ilə itələyir. Siqareti çəkərək, özünə ziyan edirsən. Amma buna yoluxsan, nə qədər adama ziyan vurursan, olursan virus. Mən də evdən çıxmaq, mağazaya getmək, qohumlarla görüşmək istəyirəm. Amma edə bilmirəm, oturmuşam evdə, kitab oxuyuram.

Bəlkə də, bu, Allahın sınağıdır. Papağını qoy qabağına, düşün, səhvlərini fikirləş, özünə hesabat ver. Bəzisi deyir ki, 65 yaşım yoxdu, immunitetim var, mənə heç nə olmaz. Axı bu virus 15 yaşında gəncdə, körpə uşaqda da olur.

Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl, “hindiyski” görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər, koronavirus olacaq, uzaqdan görüşürmüşlər. Biz isə qucaqlaşırıq, öpüşürük”.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 May






















27 May